Pakistan HHQ Kabilin mərkəzinə zərbə endirib
Pakistan Kabildəki Siyah Sang hərbi sektoruna hava hücumu həyata keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, geolokasiya təhlili zərbələrin hərbi bazaya dəydiyini göstərir.
Pakistan Hərbi Hava Qüvvələri Kabilin mərkəzindəki Taliban hərbi bazasına, eləcə də Nəngərhar əyalətindəki hədəflərə zərbələr endirib.
Pakistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarələr bunker partlayıcılarından və AZB-83 idarə olunan partlayıcı bombalardan istifadə edib.
Zərbələrdən sonra Əfqanıstan paytaxtında yanğınlar baş verib.
23:37 16.03.2026
Oxunuş sayı: 41