Araqçi Türkiyəyə təşəkkür etdi və mühüm mesaj verdi
İranın xarici işlər naziri Abbas Araqçi Türkiyə xalqının və Türkiyə dövlətinin Ramazan ayında İran xalqına göstərdiyi dəstəyə görə təşəkkür edib.
Crosmedia.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir
Nazir bildirib ki, Ramazanın mübarək günlərində qardaş türk xalqının və Türkiyə dövlətinin İran üçün etdiyi dualar və göstərdiyi həmrəylik İran xalqı üçün böyük mənəvi güc və motivasiya mənbəyidir.
O qeyd edib ki, İran öz suverenliyini və xalqının təhlükəsizliyini qətiyyətlə müdafiə etməyə davam edəcək.
Nazir həmçinin ədalətin və sülhün qalib gələcəyinə inandıqlarını da vurğulayıb.
Fidan Şahkərəmova
14:32 14.03.2026
Oxunuş sayı: 52