ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik edib
ABŞ səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən "Columbus Crew" klubu ilə müqavilə imzalaması münasibətilə təbrik edib.
Crossmedia.az-ın məlumatına görə, səfirliyin açıqlamasında bildirilib ki, Qarabağ FK-da çıxışı ilə diqqət çəkən istedadlı gənc hücumçu tarixdə Major League Soccer (MLS) ilə müqavilə bağlayan ilk azərbaycanlı futbolçu olub.
Qeyd olunub ki, bu transfer Azərbaycan futbolu üçün mühüm hadisədir və iki ölkə arasında idman sahəsində əlaqələrin genişlənməsinə töhfə verəcək.
14:40 18.02.2026
Oxunuş sayı: 523