ABŞ nüvə danışıqlarının nəticə verməsini istəyir
Dünən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, ABŞ-la aparılan nüvə danışıqları nisbətən yaxşı davam edir.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Laricani vurğulayıb ki, amerikalılar bu dialoqu konkret həll yoluna çatdırmaq niyyətindədirlər.
“Hazırda hələ tam nəticə çıxarmaq olmaz, çünki cəmi bir görüş keçirilib. Danışıqların gələcək mərhələsini izləyəcəyik”, – deyə Laricani əlavə edib.
O, həmçinin danışıqların növbəti dəfə harada və nə zaman keçiriləcəyinə hələ qərar verilmədiyini qeyd edib.
Laricani Oman səfəri barədə danışarkən bildirib ki, səfər çox faydalı olub və Oman rəsmiləri ilə regional məsələlər üzrə aparılan danışıqlar ümidverici xarakter daşıyır.
08:55 12.02.2026
Oxunuş sayı: 475