Məktəbdə silahlı hücum -9 nəfər ölü
Kanadanın Britaniya Kolumbiyası əyalətində, dağlıq və ucqar bir yaşayış məntəqəsində yerləşən məktəbdə baş verən silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib. Ölənlər arasında hücumu törədən şəxs də var.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Polisin məlumatına görə, atəş açan şəxs 18 yaşlı qadın olub. Hücum edən şəxsin psixoloji problemlərinin olduğu bildirilsə də, hadisənin motivi hələlik açıqlanmayıb. Hadisə Kanadanın müasir tarixində ən qanlı kütləvi qətllərdən biri kimi qiymətləndirilir.
Hücumdan sonra bölgəyə xüsusi təyinatlı polis qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub. Hadisə ilə bağlı istintaq davam etdirilir, məktəb ərazisi müvəqqəti olaraq bağlanıb.
05:24 12.02.2026
Oxunuş sayı: 437