İnfilyasiya və onun törəmələri: İnsanlar öz aktivlərini necə qoruya bilərlər? - Professor detalları açıqladı
Dünya iqtisadiyyatı və Azərbaycan(Layihənin müəllifi Rüfət Quliyevdir)
Dünya iqtisadiyyatı daim dəyişən bir sistemdir və bu dəyişikliklərin mərkəzində pulun dəyəri, qiymətlər və cəmiyyətin maddi imkanları dayanır. Qiymətlərin artması, pulun alıcılıq qabiliyyətinin azalması və bunun nəticəsində insanların gündəlik həyatına təsir göstərən proseslər iqtisadi nəzəriyyədə inflasiya kimi tanınır.
İnflyasiya yalnız statistik göstərici deyil, həm də dövlətlərin maliyyə siyasətini, biznesin qərarlarını və vətəndaşların alış-veriş davranışlarını formalaşdıran mürəkkəb fenomenlərdən biridir. Bu fenomen iqtisadi inkişafın təbii hissəsi olmaqla yanaşı, bir sıra sosial və maliyyə problemlərinə yol açır. Eyni zamanda, müxtəlif dövrlərdə və fərqli ölkələrdə inflasiyaya qarşı tətbiq olunan strategiyalar və alətlər, onun təsirlərini azaltmaq məqsədi daşıyır. Məqsəd həm pulun real dəyərini qorumaq, həm də iqtisadiyyatın aktivliyini təmin etməkdir.
Bu materialda inflasiyanın tarixi, onun formaları və törəmələri, həmçinin insanlar və dövlətlər üçün yaratdığı maliyyə çağırışları geniş şəkildə izah olunacaq, real dünya nümunələri və tətbiq olunan strategiyalar barədə məlumat veriləcəkdir.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İnflasiya iqtisadi kateqoriya, maliyyə kateqoriyası kimi artıq 2500 ildən çox tarixən yaranmış bir prosesdir. Bir çox ekspertlər düşünürlər ki, inflasiya sadəcə olaraq bazar iqtisadiyyatı şəraitində yaranıb. Amma inflasiya hələ qədim Roma İmperiyasında, qədim Yunan şəhərlərində tarixən olan prosesdir. İnflyasiya dövriyyədə pulun artıq olması deməkdir. Qədimdə inflasiya nəyin hesabına yaranırdı? Qızıl pullar emissiya olunurdu və qızıl monetaların içində başqa metallardan da olurdu. Ona görə ki, təmiz qızıl çox yumşaq metallıdır və o, tez sıradan çıxacaq. Ona görə adətən ona mis və ya başqa metallar, hətta qədimdə bəzi ölkələr gümüş də qatırdılar ki, kifayət qədər möhkəm olsun. Tarixən müharibələr başlayanda, yaxud hansısa dövlətin, xanlığın hər hansı bir ərazidə hökmranlıq edən sistemin xəzinəsində pul olmayanda və pula ehtiyacı olduğu olanda qızılın tərkibinə metalı artıq qatırdılar. Bəzən insanlar tarixi kinolarda da görürlər ki, qızıl monetalara diş vururdular ki, bilsinlər onun nə qədər tərkibində qızıl var və nə qədəri saxtadır. Bunun hesabına qızılın tərkibi azalırdı, başqa metalları, əsasən misi qatanda pulların həcmi artırdı. Təbii idi ki, burada disbalans yaranırdı, yəni metalın çəkisində fərq hiss olunurdu. Bu fərqləri örtmək üçün məcburiyyət qarşısında bəzi əməliyyatlar keçilirdi. Amma sonda belə, maliyyə siyasətinin nəticəsində dövlətlər problemlərlə üzləşirdilər.
Bugünkü maliyyə sistemində artıq tək inflasiya prosesi yox, bir neçə inflasiyadan törəmə olan proseslər var. Qeyd etmək olar ki, deflasiya və dezinflasiya inflasiyaya qarşı mübarizə yollarından biridir. Analizlər onu göstərir ki, maksimum olaraq 3-6 ay, 1 il ərzində işləyir, yəni daimi saxlamağı bu günə qədər heç bir dövlət bacarmayıb və bacara bilməyəcək. Məsələn, tarixdəki fakta əsasən, Stalin hər il təxminən 5%-ə qədər ümumi qiymətləri aşağı salırdı. Belə ki, iqtisadi artım olanda, iqtisadiyyat artır və artan ticarət üçün pul massası da artmalıdır. Stalinin nəzəriyyəsinə görə, əgər artıq pul çap olunsa, cəmiyyətdə varlılar və kasıblar arasında fərq kəskin şəkildə artırdı.
Varlılar həmişə cəmiyyətin 2-3 faizlik hissəsini təşkil edir, qalanları isə kasıblardır. Bunun qarşısını almaq üçün SSRİ-nin keçmiş rəhbəri İosif Stalinin göstərişi ilə qiymətlər təxminən 5%-ə qədər- iqtisadi artımın faizi qədər aşağı salınırdı. Tarixdə yeganə belə bir uzunmüddətli iqtisadi siyasət bu cür həyata keçirilmişdir. Amma 1954-cü ildən sonra SSRİ-də böyük problemlər başladı. İnflasiyanın böyük bir bəlası kəmiyyət üçün, cəmiyyətdə orta sinif və ehtiyacı olan insanların maliyyə imkanlarını azaldır. Varlıların sayı və kapitalı arta bilər, amma müflisə gedən cəmiyyətinin sayı da arta-arta gedir. İqtisadi nəzəriyyə və praktika onu göstərir ki, inflasiya sıfıra bərabər olsa, kapitalın aktivliyi xeyli aşağı düşür, bu da iqtisadi artımın qabağını alır. Əgər kapital hiss etməsə ki, inflasiya prosesi var, o qədər də aktiv olmayacaq. Ekspertlərin fikrinə görə, 1,5-4,5% inflasiya istənilən bazar iqtisadiyyatı üçün qaçılmazdır. Amma inflasiya 10%-dən yuxarı olarsa, problem yaranır: qiymətlər tez-tez dəyişir, pulun alıcılıq qabiliyyəti sürətlə düşür, əhali üçün böyük problemlər yaranır. 30-40% inflyasiya isə artıq iqtisadiyyat üçün ciddi problemdir. 70-80%-ə çatdıqda isə əgər qabağı alınmasa maliyyə və iqtisadi böhran baş verə bilər".
O, söyləyib ki, bütün dövlətlər inflasiya və onun törəmələri ilə mübarizə aparır: "Nə qədər uğurlu, nə qədər uğursuz, bunu həyatın gedişatı göstərir. İnkişaf etmiş qərb ölkələrində belə, 1 və ya 1.5 % inflasiyanı saxlamaq mümkün deyil. Bunun səbəbləri odur ki, maliyyə sisteminin dizbalansı, dövlətlərin borclanması, müharibələr baş verir Müharibələr sosial proqramlara, inkişaf və innovasiyaya ayrılan maliyyəni hərbi məqsədlərə yönəldir. Azərbaycanda da dövlət inflasiyaya və onun törəmələrinə qarşı mübarizə aparır. Bu, həm iqtisadi, həm hüquq-mühafizə, həm də qida təhlükəsizliyi nəzarətini əhatə edir Amma bununla tam mübarizə aparmaq mümkün deyil. Ən inkişaf etmiş ölkələr bunu bacarmırsa, deməli, burada da çətindir. Mərkəzi Bank rəhbərinin çıxışına görə, büdcənin 48%-ə qədər nağd pul dövriyyədən uzaqlaşıb və bank transaksiyalarından keçmir. Evdə və ya "yastıq altında" pul saxlamaq inflasiyaya qarşı qoruma deyil. Bunun qarşısını almaq üçün alətlər var: pul ilk öncə depozitlərə qoyulmalıdır, xarici banklarda depozit faizləri 2-3% arasındadır. Nəzərə alaq ki, əgər həmin ölkələrdə inflasiya 2-3%dirsə, bu o deməkdir ki, təxminən ilin sonunda qoyulan pulun alıcılıq qabiliyyəti dəyişmir. Bəzi ölkələrdə, məsələn Yaponiya və Avropa ölkələrində, pulu bankda saxlamaq üçün xidmət haqqı səbəbindən ildə 1-1,5% tutulur. Beləliklə, insanların pullarının bankda qalması üçün arxayınlıq yaradır. Bazar iqtisadiyyatının bütün dünyada qaçılmaz iki mühüm neqativ problemi var. Bunlardan biri infilyasiya, digəri isə işsizlikdir. Dünyanın 90 faizi bu yolla gedir. Həmin ölkələrdə bu və digər formada dövlət müdaxilə edir. Çalışır ki, infilyasiya və işsizliyi müəyyən balansa saxlasın. Təbii bu tam saxlanılan proses deyil. Qeyd etmək lazımdır ki, bu problemlərdən birini həll edəndə, digəri artır. Digərini həll edəndə o biri. Bununla belə, dövlətlər bunun həlli yolunda ciddi addımlar atmağa çalışır. Belə bir kateqoriya var ki, bu, "dezinfliyasiya" adlanır. Deflyasiya isə ümumi qiymətlərin azalmasıdır ki, iqtisadiyyatda bu isə yalnız qısa bir müddətdə ola bilər. Bu, üç, ən çox altı ay çəkə bilər. İndiyə kimi elə dövlət olmayıb ki, bir ilin nəticəsində deflyasiya olsun. Bu gün isə bizi maraqlandıran bir çox proseslər var ki, infilyasiya ya əsas yol açır ki, bu müxtəlif formalardadır".
Professorun sözlərinə görə, son 25 - 30 ildə inflisyasiyaya bağlı olan hallardan biri şrinkfilyasiyadır: "Məsələn, tutaq ki, bir çörək bir kilodur. Qiyməti 50 qəpikdir. Şrinkfilyasiya nəticəsndə qiymət dəyişmir, çəki azalır. Bu, avtomatik qiymət artımı deməkdir. Bu, dünyada olduqca populyar bir addım, əksər ölkələrdə tətbiq olunur. Bu ticarət şəbəkələrinin bir addımıdır. "Barklice" adlı beynəlxalq qurum qeyd edir ki, insanlar şrinkfilyasiyanı şokoladlar, çipslər, peçenyelərdir görürlər. İnsanlar bunu görəndə artıq firmanı dəyişirlər ki, uduzmasınlar. Misal üçün, Böyük Britaniyada məcburiyyət qarşısında ticarət sahəsində belə addım atmışdılar. Artıq həmən mallarda ki, çəki azalır. Bu, xüsusi etiketlərlə işarələnir ki, istehlakçıların hüququ pozulmasın. Rusiyada isə paketdə yumurtalar 10 dənə olmaqla satırdılarsa indi isə 9 dənə satılır. Bu da özlüyündə avtomatik 10 faiz itirmə deməkdir, yəni şrinkfilyasiyadır. Maraqlı məqam odur ki, dünya da ən böyük aparıcı şirkətlər şrinkfilyasiyaya addım atır. Bunlarda ən böyük şirkət "Mars" şokolad brenddir.

Qiymətlər qalxdıqca qramı azaldılırdı. Buradan isə aydın olur ki, nəhəng şirkətlər belə addım atır. İkinci yerdə isə "Blue dracon" şirkətidi: Qidanı altı porsdan dörd posa salıblar.

Məsələn mayonez "Hellman" brendi isə 800 qramdan 600 qrama endirib. Bəzi özünə qiymət verən kompaniyalar, "Hellman" kimi şirkətlər qramı azaltmaqla qiyməti də azaldı.

Lakin bununla belə şrinkfilyasiya öz sözünü deyir. Qərb ölkələrində bu barədə müəyyən qorxu olduğundan bu addımı maraqlı üsullarda edirlər, lakin xeyirlərini itirmirlər. Bunu əsaslandırdıqda isə malın tərkibində olan əlavələrin qiymətinin artması göstərilir. Məhşur "Maqnum" dondurmalarıda 2022-ci ildə standart 110 qramdan 100 qrama keçiblər və tərkibində ucuz əlavələr istifadə olunub. Bu özü də şlinfilyasiyadır. Bununla belə həmin dondurmaları da yüksək keyfiyyətli şokolad və digər əlavələr özünü qoruyub saxlamaqdadır. Məşhur "pringles" çipslərində bananın həcmi olduğu kimi qalır, lakin kəsilmiş çipslərin həcmini azaldıblar. Həmçinin bəzən tualet kağızlarında qablaşdırma sayı azalır, lakin bu hiss olunmur. Eyni zamanda kağızın keyfiyyəti də aşağı salınır və nazikləşdirilir. Amerikada ən çox istifadə olunan qidalar "fast foodlar"dır ki, onlarda da qramlar azalır, lakin qiymətlər olduğu kimi qalır, hətta artır. Digər inflyasiya termini isə "skimfilyasiyadır" ki, burada qidanın tərkibi dəyişir, yəni keyfiyyət aşağı düşür, lakin qiymətlər dəyişmir. Bu, daha çox valyuta məzənnəsi kifayət qədər zəif olan ölkələrdə istifadə olunur. Misal üçün Rusiya da rubl zəiflədikdən sonra dəniz məhsulları dükanları yüksək məhsul deyil, orta məhsul alaraq baha satırlar. Digər termin isə "stelfliyasoya"dır. Bu, artıq iki iqtisadi addımın birgə tətbiq olunmasıdır. Şlinfilyasiya, üstəgəl skimfilyasiya, yəni həm həcm, həm keyfiyyət azalır və köhnə qiymət isə qalır. Stelfliyasiya daha çox Rusiyada istifadə olunur. İnsanlar isə bundan olduqca narazıdır. Qeyd edim ki, bu özlüyündə gizli infilyasiyadır".
İqtisadçı qeyd edib ki, bu proses bütün dünyada gedir: "Yüzlərlə nəhəng istehsalçılar bundan istifadə edirlər. Adətən, adlı-sanlı brendlər və şəbəkə, ticarət şəbəkələri bundan istifadə edir. Təbiidir ki, Azərbaycan da bundan qaça bilmir. Həmin mallar Azərbaycana da idxal olunur. İnsanlar gərək diqqətli olsunlar. Çəki ilə mal alarkən onun çəkisinə diqqətlə yanaşmaq lazımdır. Sonda həcmi də azaldanda çəki azalır, amma həcm eyni qalır. Diqqətli olmaq lazımdır. Bu brendin yox, daha başqa brendin məhsulunu axtarmaq və onu da sınamaq lazımdır. Burada diqqət çox vacibdir. Ticarət şəbəkəsi ilə söhbətlər aparıb, nəsə bunu təsdiq eləmək mənasızdır. Bu, ümumi dünya ticarətinin və dünya istehsalçıların siyasətidir. Ona görə burada sadəcə olaraq, daha çox diqqətli olmaq lazımdır. Qeyd etmək istəyirəm ki, biz əvvələr xaricdən qida məhsulları alırdıqsa, indi isə artıq ölkəmiz bunları özü istehsal edir münasib və keyfiyyətli. Bununla belə kəmiyyətə, keyfiyyətə və həcmə ciddi diqqət yetirməliyik".
O, infilyasiyadan qorunmağın əsas yollarını da qeyd edib: "Burada bir məsələ var: biri var sosial cəhətdən məhsullarda, biri var öz şəxsi pulunda. Bəzən insanlar düşünürlər ki, mən bu pulu evimdə saxlasam ziyana düşməyəcəm. Bu, belə deyil. Bu ziyan bankda ə ya evdə olmasından asılı olmayaraq baş verir. Əgər keçən ilə 10000 manata 10 bahalı əşya almaq olurdusa, indi isə 9 əşya olur. Bu, qaçılmazdır və bütün dünya ölkələrində var.
Depozitdən sonra ikinci maraqlı məsələ isə istiqrazlardır və qiymətli kağızlarıdır. Bu, Amerikada dövlət istiqrazlarıdır. Cürbəcür qiymətli kağızlardır ki, bunlar da təxminən üç faizdən beş faizə qədər qazanc verə bilər. Bunu adətən daha əvvəllər dövlətlər alırdı və bunun nəticəsində Amerikanın otuz səkkiz trilyon dollardan yuxarı ümumi borcu var. Onun iyirmi beş faizi xaricə məxsusdur, yetmiş beş faizi özlərinindir. Bu da bir növ, inflyasiyadan müəyyən qədər qaçmaq, ümumiyyətlə, səhmdar cəmiyyətlərin səhmini almaqdır. Bunun üçün bu da bir riskli də olsa, bu da kapitalı qorumaq üçün bir növüdür. Burada qeyd etmək lazımdır ki, hazırda Qərbin özündə də xüsusi sistemləri, şirkətləri var. Siz onlara müraciət eləsəniz, onlar sizə hətta portfolio düzəldə bilərlər. Bir qismi olacaq aksiyalar, bir qismi olacaq obligasiyalar, başqa avrobondar və başqa qiymətli kağızlar. Elə investisiya kompaniyaları var ki, doqquz-on faizə qədər vəsaitinizi idarə edə-edə bunlar o qazancı verə bilirlər. On faizə qədər hardasa ehtimal var. Ondan yuxarı ehtimal ya vəd versələr, o deməkdir ki, yuxarı riskli qiymətli kağızlar alınır. Onlar aşağı da düşə bilər".
Professor kriptovalyutaların da infilyasiyasından da bir neçə məqamı diqqətə çatdırıb: "Professional malliyyəçilər bilirlər ki, burada qazanmaq da olur, itirmək də. Misal üçün, "Bitcoin" həm artır, həm azalır. Buraya müxtəlif siyasi və iqtisadi amillər daxildir. Həmçinin biz ötən aylarda da proqnoz vermişdik ki, qızılın qiyməti qalxacaq və bu belə də oldu. Məsələn numizimatik qızıl alan şəxslər uduzmaz. Çünki qədim qızıllar çox dəyərli olur və hazırki vəziyyətdə qiyməti daha da artır.

"Yumurtaların hamısını bir səbətə qoymamaq" misalı bu mövzuda da aktualdır. Boş kapital maliyyəsi olanda bunu devirsifikasiya etmək lazımdır. Bu cür yanaşma ölkəmizdə də var. Qiymətli kağızlar ilə işləyən kompaniyalar mövcuddur ki, bunlar həm daxili qiymətli kağızlardan və ya xaricdə olanlardan portfelio düzəldə bilərlər. Deməli investisiya komandasına yaxınlaşaraq əlinizdə olan məbləğlə məsləhət ala bilərsiz. Orada isə sizə əlinizdəki məbləğə uyğun düzgün istiqamət veriləcəkdir. Daimi artan aktivlərdən biri torpaq, birİ də daşınmaz əmlakdır. Bu əmlaklardan alsaq iqtisadi üstünlük qazanacağıq.
Azərbaycanda ekspertlərin fikrinə görə statistika var hər il torpaq təxminən 2-2.5 faiz qalxır. Daşınmaz əmlakın qiyməti isə təxminən 3-3.5 % qiyməti qalxır. Qeyd eləmək lazımdır ki, siz torpaq və yaxud da daşınmaz əmlak alsaz ən azı şəhərdə 5-5.5 % düzgün qiymətləndirilmiş obyektin icarə haqqını ala bilərsiz. Regionlarda isə bu rəqəm ortalama 8.5 % olur. Biz 7 % icarə haqqı, üstəgəl, torpağın və yaxud da daşınmaz əmlakın qiymətinin artması- buna kapitilizasiya deyilir- üst - üstə təxminən 10 % - ə qədər qalxır".
Elmir Heydərli
12:09 10.02.2026
Oxunuş sayı: 389