Almaniya böhran içində...
Almaniyanın son böhranlardan iqtisadi itkiləri təxminən 1 trilyon avroya çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Köln İqtisadi Tədqiqatlar İnstitutu məlumat yayıb.
2020-2026-cı illər arasında ümumi real ÜDM itkiləri 940 milyard avro təşkil edib. Bu da hər işçiyə 20.000 avrodan çoxdur.
Buna pandemiya, Rusiya-Ukrayna müharibəsi və ABŞ-nin qarşıdurma siyasəti səbəb kimi göstərilib.
Almaniya iqtisadiyyatının 2025-ci ildə cəmi 0,2% böyüdüyü və ardıcıl üçüncü il sıfır artımdan qaçdığı bildirilir.
COVID-19 səbəbindən yaranan böhran və Rusiya qaz təchizatının dayandırılması ilə daha da pisləşən böhran əvvəlki böhranları xeyli üstələyir.
19:37 07.02.2026
Oxunuş sayı: 483