Zelenski ən etibarlı atəşkəs modelini açıqlayıb
Ukrayna prezidenti Volodimir Zelenski Əbu-Dabidə keçirilən danışıqların nəticələrini şərh edib.
O bildirib ki, Rusiya Ukrayna qoşunlarının Donbasdan çıxmasını tələb edib, lakin Kiyev bu təklifi qəti şəkildə rədd edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Ukrayna üçün ən etibarlı atəşkəs modeli mövcud mövqelərin qorunmasıdır.
Zelenski qeyd edib ki, ABŞ bu məsələ ilə bağlı kompromis variant irəli sürsə də, Ukrayna ordusunun Donbasdan geri çəkilməsi gündəmdə deyil.
Prezident bununla Kiyevin mövqeyinin dəyişməz qaldığını bir daha təsdiqləyib.
19:33 07.02.2026
Oxunuş sayı: 440