Bu ilin Olimpiya oyunlarının qalibi kim oldu?
İsveçrəli dağ xizəkçisi Franyo fon Allmen İtaliyanın Bormio şəhərində keçirilən Olimpiya oyunlarında sürətli eniş yarışında qızıl medal qazanıb.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, qalib 1 dəqiqə 51,61 saniyə nəticəsini göstərib.
İkinci yeri italiyalı Covanni Frantsoni, üçüncü yeri isə italiyalı Dominik Paris tutub.
24 yaşlı fon Allmen 2025-ci ildə ikiqat dünya çempionu olub və həmin turnirdə sürətli enişdə və komanda kombinasiyasında qalib gəlib.
Qeyd edək ki, idmançılar İtaliyada keçirilən Olimpiya oyunlarında ilk medal dəsti uğrunda mübarizə aparıblar. Oyunlar fevralın 22-də başa çatacaq. Ümumilikdə 116 medal dəsti oynanılacaq. (Axar.az)
16:54 07.02.2026
Oxunuş sayı: 1277