Rusiya Ukraynaya 400 dron, 40 raket atdı - ENERJİ SİSTEMİ ÇÖKDÜ
Rusiya Ukraynaya kütləvi raket və dron hücumları həyata keçirib. Belə ki, 400-dən çox dron və təxminən 40 müxtəlif tipli raketdən istifadə olunub. Hücumların əsas hədəfi enerji infrastrukturu - elektrik stansiyaları və paylayıcı yarımstansiyalar olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Hücum nəticəsində Volın, İvano-Frankovsk, Lvov və Rovno vilayətlərində ziyan dəyib. Məlumata görə, Rovno şəhərində yaşayış binası zədələnib, Ladıjin şəhərində isə agrar kollecinin inzibati binası hədəfə tuş gəlib. Həmçinin, hücumlar Kiyev və Xarkov vilayətlərində də qeydə alınıb, bəzi bölgələrdə hava hücumundan müdafiə sistemləri fəaliyyətini davam etdirir.
Zelenski vurğulayıb ki, Rusiya diplomatiya əvəzinə yeni hücumlar həyata keçirir və tərəfdaşları Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirməyə çağırıb. O, Patriot və NASAMS sistemləri daxil olmaqla müdafiə vasitələrinin ölkəyə təmin edilməsinin vacibliyini qeyd edib, beləliklə Ukraynanın qış mövsümündə enerji sahəsində təzyiqdən qorunması təmin oluna bilər.
Fatimə Məmmədova
15:08 07.02.2026
Oxunuş sayı: 1395