Maskat görüşü: Tehran narazıdır
Dünən Fox News telekanalının müxbiri Cenifer Qriffin mənbələrinə istinadən bildirib ki, cümə günü İran və ABŞ nümayəndələri Omanın paytaxtı Maskatda üzbəüz danışıqlar aparıblar. Məlumata görə, görüş təxminən səkkiz saat davam edib.
Crossmedia.az xarici mediaya istinad edərək xəbər verib.
Qriffin qeyd edib ki, bu, ABŞ-ın bombardmançı təyyarələrinin İrandakı nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra iki tərəf arasında keçirilən ilk birbaşa görüş olub.
Xəbərdə vurğulanır ki, danışıqların birbaşa, yoxsa vasitəçilər vasitəsilə aparılması məsələsi İslam Respublikası üçün olduqca həssasdır. Rəsmi Tehran indiyədək ABŞ nümayəndələri ilə birbaşa təmasları inkar etməyə çalışıb.
Bundan əvvəl İsrailin “Channel 12” telekanalı da ABŞ nümayəndələri Stiv Uitkof və Cared Kuşnerin İranın xarici işlər naziri Abbas Əraqçı ilə üzbəüz görüş keçirdiyini açıqlamışdı.
14:18 07.02.2026
Oxunuş sayı: 2896