TƏHLÜKƏ ARTIR: Qırıcılar havaya qalxdı
Böyük Britaniya Yaxın Şərqdə mümkün eskalasiya ilə bağlı narahatlıqlar fonunda təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə altı ədəd F-35B qırıcısını Kiprdə yerləşən aviabazaya göndərib.
Crossmedia.az bu barədə The Times nəşrinə istinadən xəbər verir.
Onların əsas məqsədi regionda vəziyyətin kəskinləşməsi halında Böyük Britaniyanın hərbi bazasının və suveren ərazilərinin təhlükəsizliyini təmin etməkdir.
Böyük Britaniyanın Müdafiə Nazirliyindən bildirilib ki, bazadakı təhlükəsizlik səviyyəsi mütəmadi olaraq yenidən qiymətləndirilir və mövcud vəziyyət nəzərə alınaraq cəlb olunan qüvvə və vasitələrin artırılması barədə qərar qəbul edilib.
F-35B qırıcıları artıq Kiprdə yerləşən və İraqla Suriya üzərində uçuşlar həyata keçirən Typhoon qırıcılarına qoşulub. Qeyd olunur ki, F-35 qırıcıları müdafiə xarakterli tapşırıqlar yerinə yetirir, Typhoon qırıcıları isə İŞİD-in qalıqlarına qarşı əməliyyat çərçivəsində daimi olaraq adada yerləşdirilib.
Turqut Ansari
13:37 07.02.2026
Oxunuş sayı: 854