Britaniya müharibə ehtimalına qarşı hərəkətə keçdi
İranla bağlı mümkün eskalasiya və ABŞ-nin İrana hərbi zərbə endirə biləcəyi ehtimalları fonunda Böyük Britaniya təhlükəsizlik tədbirlərini gücləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb.
Bu çərçivədə Böyük Britaniya Krallığının Hərbi Hava Qüvvələrinə (RAF) məxsus altı ədəd F-35 tipli qırıcı təyyarə RAF Akrotiri hərbi bazasına göndərilib.
Məlumata əsasən, qırıcılar artıq Kiprdə yerləşən bazaya çatıb və onların dislokasiyası rəsmi şəkildə təsdiqlənib. Qeyd olunur ki, bu addım regionda artan gərginlik fonunda Londona məxsus hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.
11:17 07.02.2026
Oxunuş sayı: 616