“Qırmızı xətt” xəbərdarlığı: Çin ABŞ-ni Tayvan silahları ilə hədələyir
Çin ABŞ-ı xəbərdar edib ki, Tayvana yeni silah satışlarının davam etdirilməsi Prezident Donald Trampın 2026-cı ilin aprelində Pekinə planlaşdırılan səfərinə mənfi təsir göstərə bilər.
Crossmedia.az- xarici mediaya istinadən xəbər verir ki, bu xəbərdarlıq Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında baş tutan son telefon danışığından sonra səsləndirilib.
Məlumata əsasən, Si Cinpin sözügedən danışıq zamanı Tayvan məsələsinin Çin üçün ən əsas “qırmızı xətt” olduğunu vurğulayıb və Vaşinqtonu silah satışları ilə bağlı son dərəcə ehtiyatlı davranmağa çağırıb.
Qeyd olunur ki, hazırda ABŞ administrasiyası Tayvan üçün növbəti iri həcmli müdafiə paketini nəzərdən keçirir.
10:18 07.02.2026
Oxunuş sayı: 425