Zelenski: Kiyevin sol sahilində minə yaxın ev istiliksiz qalıb
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyevin sol sahilində yerləşən bir neçə rayonda ciddi problemlər yaranıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, yaranmış vəziyyət nəticəsində ümumilikdə 926 yaşayış evi istilik təminatından məhrum qalıb. Dövlət başçısı aidiyyəti qurumların problemin aradan qaldırılması üçün iş apardığını qeyd edib.
Zelenski məsələ ilə bağlı operativ tədbirlərin görüldüyünü və sakinlərin istiliklə təminatının bərpasının prioritet olduğunu vurğulayıb.
16:06 27.01.2026
Oxunuş sayı: 404