Yaponiya müsəlman turistlər üçün ibadət imkanlarını genişləndirir
Müsəlman turistlərin sayının artması fonunda Yaponiyada ibadət imkanlarının genişləndirilməsi istiqamətində addımlar atılır.
Crossmedia.az bu barədə xarici mediaya isitinadən xəbər verir.
Məlumata görə, ölkənin hava limanlarında, qatar stansiyalarında və əsas turizm mərkəzlərində ibadət otaqlarının sayı artırılır.
Səlahiyyətli qurumlar otellərə və ictimai məkanlara səssiz, təmiz və rahat ibadət yerlərinin yaradılmasını tövsiyə edir. Bu cür məkanlar artıq Tokio, Osaka, Kyoto və Nara kimi şəhərlərdə fəaliyyət göstərir.
Mütəxəssislər bildirirlər ki, istiqamətləndirici lövhələrin yerləşdirilməsi, müvəqqəti arakəsmələrin qurulması və personalın maarifləndirilməsi kimi sadə tədbirlər belə turistlərin rahatlığını əhəmiyyətli dərəcədə artırır. Bu yanaşma Yaponiyanın fərqli mədəniyyət və dini ənənələrə açıq ölkə imicini gücləndirir və müsəlman turistlər üçün səyahəti daha əlçatan edir.
15:57 27.01.2026
Oxunuş sayı: 372