Livan parlamentinin üzvü və Kətaib Partiyasının lideri Sami Cəmil, Hizbullahın baş katibi Nəim Qasımın İranın ali rəhbəri Əli Xameneyiə dəstək bəyanatına sərt reaksiya verib.
Bu açıqlama Hizbullahın baş katibi Nəim Qasımın daha əvvəl səsləndirdiyi fikirlərə cavab kimi qiymətləndirilir. Qasım çıxışında Xameneyiyə bağlılığı vurğulayaraq, “Xameneyi bizim hamımızın lideridir və müqavimət onsuz irəliləməyəcək. İrana qarşı müharibə başlasa, biz bitərəf qalmayacağıq”, – deyə bəyan etmişdi.
Bundan əlavə, Nəim Qasım ABŞ Prezidenti Donald Trampın Xameneyiyə qarşı səsləndirdiyi hədələri Hizbullah üçün “birbaşa təhdid” adlandırıb və buna cavab vermək hüquqlarının olduğunu bildirib.
Analitiklər hesab edirlər ki, bu qarşılıqlı açıqlamalar Livan daxilində Hizbullahın regional siyasəti və İranla əlaqələri ətrafında mövcud olan dərin siyasi parçalanmanı bir daha üzə çıxarır.