İran üçün genişmiqyaslı müharibə HƏYƏCANI
İraqın “Kataib Hizbullah” qruplaşmasının üzvləri komikadze hücumları üçün könüllü yazılırlar
Crossmedia.az "İran International"-a istinadən xəbər verir ki, İraqın silahlı qruplaşması “Kataib Hizbullah” üzvləri Komikadze hücumlarında iştirak etmək üçün könüllü yazılmağa başlayıblar.
Bu addım təşkilatın İranı dəstəkləmək üçün daha genişmiqyaslı qarşıdurmaya hazır olduğunu bildirməsindən sonra atılıb. Yayılan fotolarda kişilərin “intihar əməliyyatlarında könüllü iştirak” sənədlərini imzaladıqları görünür.
Həftənin əvvəli ABŞ tərəfindən terror təşkilatı kimi tanınan “Kataib Hizbullah” döyüşçülərinə və tərəfdarlarına İran əleyhinə yönəlmiş təhdidlərə cavab olaraq tammiqyaslı müharibəyə hazırlaşmağı çağırıb.
Qruplaşma İraqın Xalq Hərəkatı Qüvvələrinin tərkibinə daxildir .O regionda ABŞ və müttəfiqlərinə qarşı hücumları ilə tanınır.
14:28 27.01.2026
Oxunuş sayı: 613