İranda yanvar ayında baş verən etirazlar zamanı din xadimlərinə qarşı hücumlar nəticəsində 10-a yaxın ruhaninin öldürüldüyü bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tehranın elmi-dini hövzəsinin rəhbəri Məhəmmədhadi Rəhimisadeqin açıqlamasına görə, etirazlar zamanı ümumilikdə 7 din xadimi qətlə yetirilib. Onun sözlərinə əsasən, ölənlərdən biri Tehranda, digərləri isə İranın müxtəlif bölgələrində həyatını itirib.
Rəhimisadeq bildirib ki, etirazlar zamanı Tehranda 65 məscidə hücum edilib, bir neçə elmi-dini mərkəzə ciddi ziyan dəyib. Xüsusilə paytaxtda yerləşən Şəhid Beheşti məscidinin yandırıldığı qeyd olunub.
Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı (HRANA) ölkə üzrə etirazlar zamanı ölənlərin sayının 6 min 126 nəfərə çatdığını açıqlayıb. Məlumatlara görə, davam edən iğtişaşlar həm insan tələfatı, həm də dini və ictimai obyektlərə vurulan ziyan baxımından ciddi narahatlıq doğurur.