The Jerusalem Post- İran dronları ABŞ dəniz donanması üçün ciddi təhlükə yaradır
İranın dronları, o cümlədən "Abraham Linkoln" təyyarədaşıyan gəmisi də daxil olmaqla, Yaxın Şərqdəki ABŞ dəniz donanması üçün əhəmiyyətli təhlükə yaradıb.
Crossmedia.az The Jerusalem Post-a istinadən xəbər verir ki, İran ucuz döyüş başlıqlarını ucuz platformalarla birləşdirərək qabaqcıl sistemlərə qarşı asimmetrik təhdid formalaşdırıb. Hərbi ekspertlər bildirir ki, İran çox sayda dronla eyni vaxtda intensiv hücumlar həyata keçirərək düşmən müdafiə sistemlərinə ciddi təzyiq göstərə bilir.
Hesabatda qeyd edilir ki, İranın 10 minə yaxın dron ehtiyatı Yaxın Şərqdə təhlükəli cavab imkanları yaradır.
13:24 27.01.2026
Oxunuş sayı: 447