Netanyahu: İranın şiə təsirini zəiflətmişik, yeni sünni təhdidinə imkan verməyəcəyik
İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi İranın şiə təsirini bölgədə zəiflətmə prosesindədir.
Crossmedia.az-ın yaydığı məlumata əsasən ,o vurğulayıb ki, Suriya, İraq, Yəmən, Livan və İran “şiə oxu”nun mərkəzlərini təşkil edir, buna qarşı “sünni oxu” Misir və Liviyadan Səudiyyə Ərəbistanına qədər uzanır.
Netanyahu əlavə edib ki, Suriya ilə heç bir anlaşma yoxdur və İsrail üçün Hermon dağı müqəddəs, Colan təpələri isə suveren ərazidir. Suriyanın cənubunda yalnız status-kvo müzakirə edilir və İsrail yeni hökumətin keçmişindən xəbərdardır.
Baş nazir bildirib ki, ABŞ Suriya hökumətinə şans vermək istəyir və İsrail bu istəyə uyğun hərəkət edir, lakin prosesləri diqqətlə izləyir. Netanyahu Druz icmasının qorunacağını və Şam qarşı kəskin addımlardan imtina ediləcəyini də vurğulayıb.
12:38 27.01.2026
Oxunuş sayı: 455