Gürcüstan regional gömrük alyansını gücləndirir: Bakı və İrəvanla ortaq layihələr
Gürcüstan Azərbaycan və Ermənistanla birgə gömrük məntəqələri üzrə layihələr üzərində fəal iş aparır.
Bu barədə ölkənin baş naziri İrakli Kobaxidze Beynəlxalq Gömrükçülər Gününə həsr olunmuş tədbirdə məlumat verib. Onun sözlərinə görə, sözügedən layihələr artıq regional əməkdaşlığın uğurlu nümunəsinə çevrilib və ölkənin tranzit və logistika potensialının genişlənməsinə töhfə verir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin baş naziri İrakli Kobaxidze çıxışı zamanı Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycan və Ermənistanla birgə gömrük məntəqələri üzrə layihələr üzərində intensiv iş aparıldığını qeyd edib. O, bu təşəbbüslərin regional əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.
Kobaxidze xatırladıb ki, Gürcüstanda Avropa İttifaqının sistemləri ilə uyğunlaşdırılmış Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi uğurla tətbiq olunub. Vahid bəyannamə və vahid zəmanət mexanizmi sayəsində bu sistem Avropa İttifaqı daxilində, eləcə də platformanın iştirakçısı olan 39 ölkə arasında yüklərin maneəsiz daşınmasını təmin edir.
Turqut Ansari
12:27 27.01.2026
Oxunuş sayı: 490