Şimali Koreya yenidən raket sınağına başladı: ballistik mərmilər Yaponiya dənizinə düşdü
Şimali Koreya çərşənbə axşamı Yaponiya dənizi istiqamətində bir neçə ballistik raket buraxıb.
Crossmedia.az Yaponiya KİV-nə istinadən xəbər verir ki, buraxılan mərmilər ölkənin müstəsna iqtisadi zonasından kənarda, Yaponiya dənizinə düşüb.
Daha əvvəl Yaponiya Sahil Mühafizəsi Şimali Koreya tərəfindən raket buraxılışları barədə məlumat yayıb. Regionda hərəkət edən bütün gəmilərə aşkar edilə biləcək düşmüş qalıqlar barədə dərhal səlahiyyətli qurumlara məlumat vermək təlimatı verilib. Eyni zamanda həmin qalıqlardan uzaq durmaq tövsiyə olunub.
Yaponiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, bu, Şimali Koreyanın 2026-cı ildə ikinci raket buraxılışıdır.
Turqut Ansari
12:09 27.01.2026
Oxunuş sayı: 384