Whatsapp Telegram qədər təhlükəsiz deyil
Whatsapp-ın şifrələmə mexanizmi zənn olunduğu kimi təhlükəsiz deyil.
Telegram-ın qurucusu Pavel Durov sosial media təhlükəsizliyi barədə paylaşımı zamanı yazıb:
2026-cı ildə WhatsApp-ın təhlükəsiz olacağına inanmaq üçün insan tamamilə sadəlövh olmalıdır. Biz WhatsApp-ın ‘şifrələmə’ mexanizmini necə tətbiq etdiyini təhlil edərkən təhlükəsizlik baxımından çoxsaylı boşluqlar aşkar etdik.
Crossmedia.az xarici mediaya istinadən məlumat verir ki, o, bu fikirləri aşağıdakı məlumatı şərh edərkən səsləndirib:
“Beynəlxalq iddiaçılar qrupu Meta Platforms şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. İddiada WhatsApp-ın sahibi olan şirkətin istifadəçilərin demək olar ki, bütün şəxsi yazışmalarını saxlaya, təhlil edə və onlara çıxış əldə edə biləcəyi iddia olunur.”
Turqut Ansari
12:05 27.01.2026
Oxunuş sayı: 538