Türkiyə bu xəbəri TƏKZİB ETDİ
Son günlər mediada Ermənistanda müharibə qurbanlarına ayrılan vəsaitlə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb. Qeyd olunub ki, sözügedən iddialar tamamilə əsassızdır və faktlara söykənmir.
Məsələ ilə bağlı Türkiyə Prezidenti Administrasiyası da açıqlama verib. Açıqlamada ictimaiyyətin Türkiyəyə, eləcə də Türkiyə–Azərbaycan münasibətlərinə qarşı yönəlmiş dezinformasiyalara etibar etməməsi, yalnız rəsmi qurumların açıqlamalarını əsas götürməsi tövsiyə olunub.
Bildirilib ki, Türkiyə Azərbaycan xalqı və dövləti üçün həssas məqamları daim nəzərə alır. Eyni zamanda, Azərbaycan–Türkiyə münasibətlərində böhran yaratmaq məqsədi daşıyan paylaşımların manipulyativ xarakter daşıdığı vurğulanıb.
Rəsmi qurumlar vətəndaşları bu cür məlumatlara qarşı diqqətli olmağa çağırıb.
11:18 27.01.2026
Oxunuş sayı: 378