İranlı qaçqınlar təyyarə ilə geri göndərildi
ABŞ administrasiyası bazar günü ölkədən deportasiya edilən 14 iranlı qaçqını təyyarə ilə İrana göndərib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilir ki, bu, ABŞ-dən deportasiya olunan iranlılarla bağlı üçüncü uçuşdur və İranda kütləvi etirazların başlanmasından sonra həyata keçirilən ilk deportasiya reysi hesab olunur. Uçuş Donald Tramp administrasiyası dövründə reallaşdırılıb.
CNN-in məlumatına əsasən, bazar günü həyata keçirilən reysdə ümumilikdə 14 iranlı yer alıb. Halbuki MSNBC cümə günü məlumatlı mənbələrə istinadən bu reyslə İrana ən azı 40 iranlının göndəriləcəyini bildirmişdi.
Telekanal qeyd edir ki, əvvəlcədən siyahıda olan bəzi iranlılar qızılca xəstəliyinə yoluxduqları üçün uçuşa buraxılmayıblar. Məsələ ABŞ-də miqrasiya siyasəti və insan hüquqları ilə bağlı yeni müzakirələrə səbəb olub.
10:30 27.01.2026
Oxunuş sayı: 468