Gözlənilməz Moskva səfəri: Əhməd Əl Şaraa Putinlə görüşəcək
Suriya Lideri Əhməd Əl Şaraa bu həftənin çərşənbə günü gözlənilmədən Moskvaya səfər edəcək və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Suriya TV məlumat yayıb.
Tərəflər görüş zamanı bir sıra mühüm siyasi və regional məsələləri müzakirə etməyi planlaşdırırlar. Məlumata əsasən, səfər son anda planlaşdırılıb və diplomatik dairələrdə diqqət çəkib.
Qeyd edək ki, Əhməd Əl Şaraa ötən ilin oktyabr ayında da Moskvada Vladimir Putinlə görüşmüşdü. Analitiklər yeni görüşü Rusiya–Suriya münasibətlərində aktual proseslər və regiondakı dəyişən geosiyasi balans fonunda qiymətləndirirlər.
10:23 27.01.2026
Oxunuş sayı: 510