ABŞ Prezidenti Donald Tramp “Axios” nəşrinə müsahibəsində İranla bağlı vəziyyətin hələlik “dəyişkən” olduğunu açıqlayıb. Tramp bildirib ki, bölgəyə ABŞ-nin böyük hərbi qüvvəsi, onun sözlərinə görə “Venesueladan daha böyük”, yerləşdirilib.
Crossmedia.az-ın xarici mediaya istinadən yaydığı məlumata görə , Prezident eyni zamanda Tehranın “həqiqətən razılaşma əldə etmək istədiyinə” inandığını qeyd edib.
Axios nəşrinin müxbiri Barak Ravid “X” sosial şəbəkəsində paylaşdığı məlumatda bildirir ki, Tramp İranla bağlı hələ yekun qərar verməyib və bu həftə əlavə məsləhətləşmələr aparacaq, ona yeni hərbi seçimlər təqdim olunacaq.
ABŞ rəhbərliyinin qərarı bölgədəki gərginliyi daha da artıracaq potensiala malikdir və beynəlxalq ictimaiyyət diqqətlə izləyir.