Gərginlik yüksəlir: Sinqapur Hava Yolları İran ətrafında uçuşları dəyişdirdi
ABŞ ilə İran arasındakı gərginliyin artması fonunda Sinqapur Hava Yolları və onun törəmə şirkəti Scoot İraq və Qırmızı dəniz üzərindən uçuşları ya ləğv edib, ya da marşrutlarını dəyişdirib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, şirkətdən verilən açıqlamada bildirilir ki, “Sinqapur Airlines və onun törəmə şirkətləri Yaxın Şərqdəki vəziyyəti yaxından izləyir və lazım gəldikdə uçuş marşrutlarını tənzimləməyə davam edəcəklər.”
Uçuş istiqamətlərinin dəyişdirilməsi regionda artan siyasi gərginlik və təhlükəsizlik səbəbləri ilə əlaqələndirilir. Bu addım beynəlxalq aviasiya təhlükəsizliyi və sərnişinlərin rahatlığı üçün atılıb.
10:15 27.01.2026
Oxunuş sayı: 496