Qazaxıstan İran hava məkanında uçuşları dayandırıb
Artan təhlükəsizlik təhdidləri səbəbindən Qazaxıstan Aviasiya Administrasiyası (AAK) Qazaxıstan aviaşirkətlərinin İran üzərindən uçuşlarını növbəti xəbərdarlığa qədər qadağan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
"Bütün uçuşlar təhlükəli zonadan yayınır. Vəziyyət AAK-ın nəzarəti altındadır və təhlükə artdıqca əlavə tədbirlər görüləcək", - deyə qeyd edilib.
23:35 26.01.2026
Oxunuş sayı: 546