Yaponiyada güclü qar ölümlərə səbəb oldu
Yaponiyada son günlər yağan güclü qar nəticəsində 16 nəfər həyatını itirib, 100-dən çox insan isə yaralanıb.
Crossmedia.az bu barədə TASS-a istinadən xəbər verir.
Ölənlər arasında qar təmizləyərkən damdan yıxılanlar və yolları təmizləyərkən xəstələnən şəxslər var.
Ən çox ölüm hadisəsi Niiqata prefekturasında (11), Akita prefekturasında (4) və Yamaqatada (1) qeydə alınıb.
Səriyyə Tağıyeva
01:35 27.01.2026
Oxunuş sayı: 424