ABŞ: Sanksiyalar İranı iqtisadi fəlakətə sürükləyib
ABŞ-nin maliyyə naziri Skot Bessent Davos İqtisadi Forumu çərçivəsində çıxışı zamanı ABŞ sanksiyalarının İran iqtisadiyyatına ciddi zərbə vurduğunu bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, Vaşinqtonun tətbiq etdiyi “maksimum təzyiq” siyasəti Tehranın maliyyə sistemini xeyli zəiflədib və ölkədə dərin iqtisadi böhran yaradıb. O bildirib ki, sanksiyaların təsiri artıq real nəticələrlə özünü göstərir.
ABŞ rəsmisi Donald Tramp administrasiyasının siyasətinin nəticəsi kimi "Ayənde Bankı"nın iflasını nümunə göstərib. Onun sözlərinə görə, bankın çökməsindən sonra İran Mərkəzi Bankı pul çapına başlayıb ki, bu da ölkədə ciddi dollar çatışmazlığına səbəb olub.
“Bu, dövlət səviyyəsində iqtisadi fəlakətdir. ABŞ tərəfindən bir güllə belə atılmayıb, amma nəticə göz qabağındadır. Proseslər bizim üçün çox müsbət istiqamətdə gedir”, – deyə Bessent qeyd edib.
Açıqlama World Economic Forum çərçivəsində səsləndirilib. ABŞ tərəfi sanksiya siyasətinin davam etdiriləcəyini istisna etmir.
10:40 21.01.2026
Oxunuş sayı: 1228