Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen ada əhalisini ABŞ-nin mümkün hərbi müdaxiləsinə qarşı hazırlıqlı olmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Adanın paytaxtı Nuuk şəhərində keçirilən mətbuat konfransında Nilsen bildirib ki, hərbi qarşıdurma ehtimalı yüksək olmasa da, onu tamamilə istisna etmək mümkün deyil.
Baş nazirin sözlərinə görə, mövcud riskləri nəzərə alaraq Qrenlandiya hökuməti vətəndaşların gündəlik həyatında baş verə biləcək mümkün pozuntulara hazırlaşması məqsədilə xüsusi işçi qrupunun yaradılması üzərində çalışır.
Rəsmi qurumlar təhlükəsizlik və mülki müdafiə məsələləri ilə bağlı əlavə məlumatların yaxın vaxtlarda açıqlanacağını bildiriblər.