Prezident lobbiçiliklə məşğul olan müşavirini vəzifəsindən azad etdi
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-də Ukrayna hökuməti adından lobbiçilik fəaliyyəti ilə məşğul olan müşaviri Endryu Maki vəzifəsindən azad edib.
Crossmedia.az xəbər verir ki, bu barədə yanvarın 20-də Ukrayna liderinin rəsmi saytında məlumat dərc olunub. Məlumatı "Politika Strany" telekanalı da yayıb.
Bildirilir ki, Endryu Mak Ukrayna Prezidentinin Aparatının keçmiş rəhbəri Andrey Yermakla sıx əməkdaşlıq edib.
Rəsmi açıqlamada qərarın səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.
09:37 21.01.2026
Oxunuş sayı: 1917