İran parlamentindən SƏRT XƏBƏRDARLIQ: Xameneiyə hücum müharibə aktı sayılacaq
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası ölkənin ali rəhbəri Əli Xameneiyə qarşı mümkün hücumla bağlı sərt bəyanat yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bəyanatda bildirilib ki, İran Parlamenti belə bir hadisəni genişmiqyaslı müharibə elanı kimi qiymətləndirəcək. Komissiyanın açıqlamasına görə, Xameneiyə ediləcək hər hansı hücum təkcə İrana deyil, bütün İslam dünyasına qarşı yönəlmiş müharibə aktı hesab olunacaq.
Qeyd olunub ki, bu halda “İslam alimləri tərəfindən cihad fərmanının verilməsi və dünya miqyasında İslam əsgərlərinin səfərbər edilməsi” gündəmə gələ bilər.
Rəsmi qurumlar məsələ ilə bağlı əlavə detalları açıqlamayıb. Bəyanat regionda artan gərginlik fonunda səsləndirilib.
09:21 21.01.2026
Oxunuş sayı: 1443