Qətər: İsrailin mövqeyi bizim işimizi dayandıra bilməz
Qətər İsrailin etirazlarına baxmayaraq, Qəzza münaqişəsinin həlli prosesində rolunu davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi açıqlayıb.
Nazirliyin sözçüsü bildirib ki, Qətər ABŞ-la birgə beynəlxalq konsensus və Qəzzada atəşkəs sazişi çərçivəsində “Sülh Şurası”nın yaradılması üzrə məsləhətləşmələrdə iştirak edir.
O, vurğulayıb ki, İsrailin mövqeyi Qətərin rolunu icra etməsinə mane olmayacaq və Qətər Qəzzada atəşkəs sazişinin uğurunu təmin etməyə sadiqdir.
Sözçü həmçinin beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb ki, texnokratik komissiyanın Qəzzaya daxil olmasına imkan yaradılsın.
21:47 20.01.2026
Oxunuş sayı: 1300