Trampın təhdidləri nəticəsində Avropa Parlamenti ABŞ-lə sazişi dayandırdı
Avropa Parlamenti ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidlərindən sonra Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin ratifikasiya prosesini dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə AFP agentliyi Avropa Parlamentindəki siyasi qruplara istinadən məlumat yayıb.
Məlumata görə, Trampın Qrenlandiya ətrafında səsləndirdiyi bəyanatlar Avropa siyasi dairələrində ciddi narahatlıq doğurub.
Bu, transatlantik münasibətlərə birbaşa təsir göstərib.
Parlamentdəki bir sıra siyasi qruplar mövcud şəraitdə ABŞ-la ticarət razılaşmasının təsdiqlənməsini məqsədəuyğun hesab etmədiklərini bildiriblər.
Qeyd olunur ki, məsələ ilə bağlı müzakirələr davam edir və Avropa Parlamentinin mövqeyi Vaşinqtonun gələcək addımlarından asılı olaraq yenidən nəzərdən keçirilə bilər.
21:50 20.01.2026
Oxunuş sayı: 1339