ABŞ-dan yeni dünya mexanizmi? Tramp “qlobal Sülh Şurası” yaradır
ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılması nəzərdə tutulan “Sülh Şurası”nın səlahiyyətləri yalnız Qəzza zolağı ilə məhdudlaşmayacaq.
Crossmedia.az bu barədə "Axios" nəşrinə istinadən xəbər verir.
Rəsminin sözlərinə görə, söhbət qlobal miqyaslı bir mexanizmdən gedir:“Sülh Şurası təkcə Qəzza üçün nəzərdə tutulmayıb. Bu, bütün dünya üçün Sülh Şurasıdır. Prezident ilk növbədə bizim yarımkürəyə fokuslanıb, amma onun diqqəti bütün dünyadadır. Mən bunu qlobal hökmranlıq kimi xarakterizə etməzdim. O, ‘America First’ prinsipinə sadiqdir və ABŞ hələ də dünyanın lideridir.”
Axios qeyd edir ki, ABŞ-ın bəzi müttəfiqləri bu təşəbbüsü narahatlıqla qarşılayır və onu “BMT Təhlükəsizlik Şurasına alternativ bir struktur yaratmaq cəhdi” kimi dəyərləndirir. Mənbələrin fikrincə, bu modeldə yeganə veto hüququnun Donald Trampa məxsus olması ehtimalı xüsusi narahatlıq doğurur.
21:30 20.01.2026
Oxunuş sayı: 1183