Lukaşenko 1 milyard dollar məsələsini təkzib etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən və Qəzza zolağının idarə olunmasını nəzərdə tutan “Sülh Şurası”na qoşulma ilə bağlı sənədi imzalayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Lukaşenko Qəzza üçün yaradılan bu quruma üzvlük müqabilində Belarusun 1 milyard dollar ödəməli olacağı barədə yayılan məlumatları qəti şəkildə təkzib edib.
Məlumata görə, Belarus lideri jurnalistlərə açıqlamasında bu iddiaları sərt tənqid edib:
“Bu dəlilər yenə özlərini gülünc vəziyyətə salıblar. Sadəcə sənədi oxumaq kifayətdir. Heç bir ödəniş nəzərdə tutulmayıb”, – deyə Aleksandr Lukaşenko bildirib.
21:21 20.01.2026
Oxunuş sayı: 1261