Gizli diplomatiya ehtimalı: Dmitriyevin Davos gəlişi müzakirə mövzusunda
Rusiya prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev Davosda keçirilən Dünya İqtisadi Forumuna gəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O, uzun müddətdən sonra forumda iştirak edən ən yüksək rütbəli Rusiya rəsmisi hesab olunur.
Məlumata görə, Kiril Dmitriyevin Davos çərçivəsində hansı şəxslərlə və ya tərəflərlə görüşəcəyi açıqlanmayıb.
Bu səbəbdən onun səfəri beynəlxalq siyasi və iqtisadi dairələrdə diqqətlə izlənilir.
21:15 20.01.2026
Oxunuş sayı: 1155