Makronun Davos şousu: Trampa qarşı açıq cəbhə
Fransa Prezidenti Emmanuel Makron Davosda keçirilən Dünya İqtisadi Forumunda diqqətçəkən çıxış edib.
O, forumun tribunasına tünd eynəklə çıxaraq ABŞ prezidenti Donald Trampın siyasətinə qarşı sərt mövqe nümayiş etdirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Makron çıxışı zamanı proteksionizm, ticarət müharibələri və birtərəfli qərarların qlobal sabitliyə zərər vurduğunu bildirib.
Fransa lideri Avropanın suverenliyini və strateji müstəqilliyini qorumağın vacibliyini vurğulayaraq, ABŞ-ın təzyiq siyasətinin qəbuledilməz olduğunu qeyd edib.
Onun bu çıxışı Davos forumunda geniş rezonans doğurub və Avropa–ABŞ münasibətlərində artan gərginliyin açıq mesajı kimi qiymətləndirilib.
20:54 20.01.2026
Oxunuş sayı: 1051