Sərhəddə gərginlik: YPG Türkiyə bayrağına hücum etdi
YPG tərəfdarları Suriya tərəfdə, Nusaybin–Qamışlı sərhədində Türkiyə bayrağına hücum ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə rəsmiləri məlumat yayıb.
Rəsmi Ankara hadisəni Türkiyənin milli simvollarına qarşı qəsdən törədilmiş provokasiya kimi qiymətləndirib. Hüquqi tədbirlərin görüləcəyi və məsul şəxslərin cəzalandırılacağı qeyd olunub.
Türkiyə bu cür hərəkətləri ölkənin ərazi bütövlüyünə və milli simvollarına qarşı ciddi təhdid kimi qəbul edir və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün bütün tədbirləri görməyə hazırdır.
20:00 20.01.2026
Oxunuş sayı: 1314