Suriya və SDQ tarixi razılaşmaya gəldi
Suriya prezidenti administrasiyası və Suriya Demokratik Qüvvələri (SDQ) Həsəkə vilayəti və Qamışlı şəhərinin gələcəyi ilə bağlı tarixi razılaşma əldə ediblər.
Crossmedia.az xaric mediaya istinadən xəbər verir.
Sazişə əsasən, SDQ tərəfi dörd gün ərzində ətraflı plan hazırlamaq üçün məsləhətləşmələr aparacaq. Razılaşma qüvvəyə minərsə, Suriya Müdafiə Nazirliyinin bölmələri Həsəkə və Qamışlı mərkəzlərinə daxil olmayacaq və yalnız şəhər kənarlarında yerləşəcəklər.
Əhali əsasən kürd olan bölgələrdə yerli təhlükəsizlik qüvvələri fəaliyyət göstərəcək, bu qüvvələr həmin yaşayış məntəqələrinin sakinlərindən formalaşdırılacaq.
SDQ lideri Mazlum Abdi həmçinin Həsəkə vilayətinə və Müdafiə Nazirliyinə nümayəndə təyin edəcək, bütün SDQ hərbi və inzibati strukturları isə Suriya dövlət qurumlarına inteqrasiya olunacaq.
Bu razılaşma həmçinin şəhərlərdə və vilayətdə sülhün qorunması, təhlükəsizliyin təmin olunması və mülki idarəetmənin normal həyata keçirilməsini nəzərdə tutur.
19:45 20.01.2026
Oxunuş sayı: 1043