SDQ -YPG İraqla əlaqəni itirdi: Kürd-Ərəb sərhədində vəziyyət dəyişdi
İraq Kürdüstanı ilə Suriyanın SDQ/YPG qüvvələri arasındakı əlaqə kəsilməkdədir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Yarubiyə sərhəd-keçid məntəqəsi artıq əşirətlərin tam nəzarətinə keçib.
Əşirətlərin bu qərarı bölgədəki təhlükəsizlik və nəzarət strukturunu dəyişdirib, həmçinin SDQ/YPG-nin sərhəd üzərindəki təsirini azaldıb.
Hadisə bölgədəki güc balansına və gələcək əməliyyatlara ciddi təsir göstərə bilər.
19:16 20.01.2026
Oxunuş sayı: 985