Kanada üçün kabus ssenarisi: ABŞ Qrenlandiyanı alsa, ölkə hər tərəfdən əhatə olunacaq
Qrenlandiyanın ABŞ-ə daxil olması ölkə üçün ciddi təhlükəsizlik ssenarisi yarada bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Kanadanın sabiq xarici işlər naziri Lloyd Axworty bildirib.
O qeyd edib ki, belə bir vəziyyətdə Kanada hər tərəfdən ABŞ-lə əhatə olunacaq və Avropa ilə strateji əlaqələrini itirə bilər.
Axworty əlavə edib ki, Kanada gələcəkdə bu təhlükəsizliyi təmin etmək üçün nüvə silahına belə ehtiyac duya bilər.
O, həmçinin Qrenlandiyanın geosiyasi əhəmiyyətinə diqqət çəkərək, ABŞ və Avropa münasibətlərində yeni gərginliklərin ortaya çıxacağını vurğulayıb.
19:10 20.01.2026
Oxunuş sayı: 1203