Makron xəbərdarlıq etdi: Ticarət müharibələri yalnız məğlubiyyət gətirəcək
Fransa Prezidenti Emmanuel Makron ABŞ-lə ticarət və strateji rəqabət barədə sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, ABŞ-nin rəqabəti Avropanı tabe etmək məqsədi güdür və bu, qəbuledilməzdir.
Makron ticarət müharibələri və proteksionist eskalasiyanın yalnız məğlubiyyətlərə yol açacağını vurğulayıb.
Prezident qeyd edib ki, Avropa yavaş hərəkət edə bilər, amma proqnozlaşdırıla biləndir və qanunun aliliyinə malikdir.
Makron həmçinin Avropada bəzi əsas sektorlara Çin investisiyalarının vacibliyini vurğulayıb.
O əlavə edib ki, bu yeni imperalizm və ya müstəmləkəçilik dövrü deyil.
18:50 20.01.2026
Oxunuş sayı: 1206