Suriyadan açıqlama: Kürd kəndlərinə müdaxilə olmayacaq, sabitlik prioritetdir
Əl-Hol düşərgəsi və bölgədəki İŞİD-ə məxsus həbsxanaların tam təhvil alınmasına hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirliyin bəyanatında prioritetin İŞİD-lə mübarizə olduğu vurğulanır. Məhbusların SDQ rəhbərliyi tərəfindən siyasi təzyiq və ya şantaj alətinə çevrilməsinin qəbuledilməz olduğu bildirilib.
Nazirlik SDQ-dən 18 yanvar razılaşmasına əməl etməyi tələb edib.
Həmçinin vurğulanıb ki, Suriya ordusu kürd kənd və yaşayış məntəqələrinə daxil olmayacaq.
Əsas məqsəd sabitliyi bərpa etmək, ictimai asayişi təmin etmək və dövlət qurumlarını qorumaqdır.
18:40 20.01.2026
Oxunuş sayı: 1349