NATO-dan Tramp üçün mesaj: Qrenlandiya və beynəlxalq uğurlar gündəmdə
ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Ruttedən aldığı şəxsi mesajı ictimaiyyətə təqdim edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Mesajda Rutte Trampı Suriyada, Qəzzada və Ukraynada əldə etdiyi nailiyyətlərə görə tərifləyib: “Bu gün Suriyada əldə etdiyiniz nailiyyətlər inanılmazdır. Davosda mediaya danışarkən orada, Qəzzada və Ukraynada gördüyünüz işləri vurğulamaq üçün bundan istifadə edəcəyəm.”
Həmçinin Rutte Qrenlandiya məsələsində irəliləyiş yolu tapmaqda qərarlı olduğunu bildirib.
O Trampla görüşüsəbirsizliklə gözlədiyini qeyd edib.
Ağ Ev rəhbəri mesajı paylaşaraq, NATO baş katibinin onun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb və mesajın özəl xarakterini diqqətə çatdırıb.
18:22 20.01.2026
Oxunuş sayı: 1306