Deputat NATO baş katibini McDonald’s işçisi ilə müqayisə edib
Avropa Parlamentinin Fransadan olan deputatı Natali Luyazo NATO-nun baş katibi Mark Rüttenin ABŞ prezidenti Donald Trampla yazışma üslubunu sərt şəkildə tənqid edib.
Crossmedia.az TASS-a istinadən xəbər verir.
Luyazo bildirib ki, Rütte NATO-ya real şəkildə rəhbərlik etmir və onun davranış tərzi ciddi lider obrazına uyğun gəlmir. Deputat bu münasibəti istehzalı şəkildə belə ifadə edib:
“Rütte NATO-ya rəhbərlik etmir, o, McDonald’s-da ‘ayın işçisi’nin analoqudur”.
Qeyd edək ki, daha əvvəl Tramp Mark Rüttedən aldığı mesajı ictimailəşdirib. Mesajda Rütte Trampın Suriya, Qəzza və Ukrayna üzrə münaqişələrin tənzimlənməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.
Məhz bu yazışma Avropa siyasi dairələrində narazılıq doğurub və NATO rəhbərliyinin müstəqilliyi ilə bağlı sualları yenidən gündəmə gətirib. Avropa parlamentariləri hesab edirlər ki, alyansın baş katibi böyük güclər qarşısında daha balanslı və prinsipial mövqe sərgiləməlidir.
17:35 20.01.2026
Oxunuş sayı: 1164