Lavrov Krımı Qrenlandiya ilə müqayisə etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qrenlandiya ətrafında yaranmış müzakirələrə münasibət bildirib.
Crossmedia.az bu barədə rus mediasına istinadən xəbər verir.
Lavrov qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ-nin milli təhlükəsizliyi üçün vacib olduğunu vurğulayır. Onun sözlərinə görə, Krım da Rusiyanın təhlükəsizliyi üçün eyni dərəcədə strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Vaşinqton da nə Rusiyanın, nə də Çinin Qrenlandiyanı ələ keçirmək planlarının olmadığını aydın şəkildə anlayır.
Lavrovun bu açıqlamaları Qrenlandiyanın geosiyasi əhəmiyyəti və böyük güclər arasında artan rəqabət fonunda beynəlxalq gündəmdə diqqət çəkib.
16:22 20.01.2026
Oxunuş sayı: 1076